Bakıda 20 yaşlı hamilə qadın qəfil öldü
10:25
1 Dekabr 2022
392Bakıda hamilə qadın qəfil ölüb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, II Mədən massivində qeydə alınıb.
Belə ki, noyabrın 30-da 5 aylıq hamilə, 2002-ci il təvəllüdlü Nəzrin Nəsir qızı Həsənova yaşadığı fərdi evdə qanaxma səbəbindən vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox