Müdafiə Nazirliyi təkzib yaydı

ÖLKƏ
09:23
1 Dekabr 2022
342

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 30-u saat 22:35-də  Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Sabah.az xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

Xəbər lenti