Şirvanda yanğınsöndürən intihar etdi
Şirvanda intihar hadisəsi baş verib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 32 yaşlı şəhər sakini Babək Cəfərov ötən gün yaşadığı evin həyətyanı sahəsindəki anbarda özünü tavandan asıb.
Məlumata görə, qeyd olunan şəxs FHN-in Şirvan şəhər Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsində çalışıb. Hadisə xidmətdən kənar vaxtda, yaşadığı evdə olarkən baş verib. İlkin ehtimala görə, hadisə ailə-məişət problemləri zəminində qeydə alınıb.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Daha çox