Ağdam və Xocavənddəki mövqelərimiz atəşə tutuldu

ÖLKƏ
13:08
25 Noyabr 2022
323

Ağdam və Xocavənddə mövqelərimiz atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Sabah.az-a bildirilib.

Qeyd olunub ki, noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbər lenti