Türkiyənin daha bir klubunda koronavirus aşkarlandı

İDMAN
18:17
27 Mart 2020
134

Türkiyənin “Kayserispor” klubunda koronavirus pandemiyasına yoluxma halı qeydə alınıb.

Sabah.az klubun saytına istinadən xəbər verir ki, testlərdən sonra bir nəfərin virusa yoluxduğu müəyyənləşib. Nəticəsi müsbət çıxan şəxsin klubun işçisi olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin “Fənərbaxça” və “Qalatasaray” klublarında da koronavirusa yoluxma halı aşkarlanıb.

Xəbər lenti