Atasını döyərək öldürməkdə şübhəli bilinən şəxsi polis saxlayıb

ÖLKƏ
10:29
23 Noyabr 2022
303

Gədəbəy rayonunda atasını döyərək öldürməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirən Gədəbəy rayon sakini Vaqif Cəfərovun ailə üzvləri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsinin və rayon prokurluğunun əməkdaşları müvafiq araşdırmaya başlayıblar.

İlkin araşdırmalar nəticəsində V.Cəfərovun ölümündə şübhəli bilinən oğlu, Asəf Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hazırda rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti