Bakıda şadlıq sarayında bədbəxt hadisə baş verib

XƏBƏR
09:27
23 Noyabr 2022
364

Bakının Nizami rayonunda yerləşən şadlıq saraylarının birində bədbəxt hadisə baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, sərxoş olan 1987-ci il təvəllüdlü Umudov Bəhruz Rasim oğlu şadlıq sarayının 3-cü mərtəbəsinin eyvanında məhəccərə söykənib. Məhəccər qırılıb və nəticədə B.Umudov yerə yıxılıb.

Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və kəllə sümüyünün sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.

Xəbər lenti