“Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb” - MN

ÖLKƏ
10:22
21 Noyabr 2022
553

“Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”.

Bu barədə Sabah.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda qeyd olunub.

Xəbər lenti