“Qalatasaray”da növbəti koronavirusa yoluxma faktı
17:02
27 Mart 2020
89"Qalatasaray"da daha bir nəfərdə koronovirus aşkarlanıb.
Sabah.az xəbər verir ki, klub prezidentinin köməkçisi Yusuf Günay Tvitter səhifəsində bu xəstəliyə yoluxduğunu bildirib.
O, koronavirus testinin müsbət çıxdığını qeyd edib: "Təəssüf ki, testin nəticəsi müsbət oldu. Hazırda vəziyyətim yaxşıdır, müalicəm davam edir. Mənə dua edən dostlarıma təşəkkürümü bildirirəm".
Xatırladaq ki, "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də bu xəstəlikdən əziyyət çəkir.
Daha çox