Göyçayda Fərhad Əhmədovun obyektlərində axtarış aparılır

ÖLKƏ
16:40
18 Noyabr 2022
392

Bu dəqiqələrdə Göyçay rayonunda rusiyalı milyarder Fərhad Əhmədova məxsus obyektlərdə əməliyyat-axtarış tədbirləri aparılır.

Sabah.az bu barədə “Caliber”ə istinadən xəbər verir.

Qeyd edək ki, F.Əhmədov Göyçaydakı “Aznar” şirə zavodunun sahibidir. O, 2022-ci il üçün Rusiyanın “Forbes” siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

Fərhad Əhmədov 2004-2010-cu illərdə Rusiya Federasiyası Şurasının üzvü olub. 2022-ci ilin aprelində Aİ və Böyük Britaniya ona qarşı sanksiyalar tətbiq edib.

Xəbər lenti