Deputat vəfat etdi

ÖLKƏ
12:35
18 Noyabr 2022
316

Naxçıvan MR Ali Məclisinin deputatı Nazim Bababəyli dünyasını dəyişib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 69 yaşlı Nazim Bababəyli xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olan N.Bababəyli həm də müəllim kimi çalışırdı. O, görkəmli coğrafiyaçı alim Səfərəli Babayevin oğlu, BDU-nun hazırkı rektoru Elçin Babayevin isə qardaşıdır.

Xəbər lenti