Bakıda evin qarşısına qumbara və gül qoyan şəxs tutuldu

XƏBƏR
11:50
18 Noyabr 2022
170

Xəbər verdiyimiz kimi, Bakıda mənzilin qarşısına qumbara və qərənfil qoyulub, ev sahibi bu yolla hədələnib.

Sabah.az xəbər verir ki, artıq Daxili İşlər Nazirliyi həmin şəxsin tutulması ilə bağlı məlumat yayıb.

Qeyd edilib ki, Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN Mətbuat Xidmətindən bildirilib ki, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti