Taksi sürücüsü sərnişini maşında bıçaqladı - Video

XƏBƏR
11:20
18 Noyabr 2022
172

Bakı-Sumqayıt yolunda sürücü sərnişini bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, Bakı-Sumqayıt şossesində sürücünün sərnişinə xəsarət yetirməsi ilə nəticələnən görüntülər araşdırılıb. Əməli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

İlkin araşdırmalarla T.Rəhimovun 1988-ci il təvəllüdlü Ə.Vəliyevə şəxsi münasibətlər zəmnində bıçaqla xəsarət yetirdiyi məlum olub. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti