Arvadı ilə mübahisə edirdi, özünü yandırdı

XƏBƏR
09:50
18 Noyabr 2022
191

Gəncədə həyat yoldaşı ilə mübahisə edən şəxs özünü yandırıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 30 yaşlı şəhər sakini Taleh Bayramov həyat yoldaşı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Daha sonra o, üzərinə benzin tökərək özünü yandırıb. Nəticədə onun bədəninin təxminən 50 faizi yanıb. T.Bayramov xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Xəbər lenti