Ordumuzun mayoru vəfat etdi

ÖLKƏ
17:45
17 Noyabr 2022
286

Azərbaycan Ordusunun mayoru vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Noyabrın 17-də səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlu yaşadığı ünvanda hemorragik insult səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E.Paşayev Vətən müharibəsi iştirakçısı olub. O, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Xəbər lenti