Rayonlararası giriş-çıxış qadağan edildi
Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimlə əlaqədar bir rayondan digərinə giriş-çıxış məhdudlaşdırılıb.
Sabah.az xəbər verir ki, insanların ünsiyyətini azaltmaq məqsədilə bu tədbirlərə əl atılıb.
Qeyd olunur ki, artıq bu prosesə ötən gecədən start verilib.
Xatırladaq ki, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.
Daha çox