Ağcabədidə əməliyyatda 7 nəfər saxlanıldı

XƏBƏR
14:50
17 Noyabr 2022
216

Ağcabədidə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sabah.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Hindarx qəsəbəsində yaşayan Anar Mamedov saxlanılıb. Üzərində aparılan şəxsi baxış zamanı ondan təmiz çəkisi 415 qram olan güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

Bundan əlavə rayonun Hindarx qəsəbəsində və digər ərazilərində aparılan ardıcıl tədbirlər nəticəsində daha 6 nəfər saxlanılıb. Onlardan ümümi çəkisi 1 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanıb, istintaq davam etdirilir.

Xəbər lenti