Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi

XƏBƏR
10:40
17 Noyabr 2022
207

Bakıda Xaqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Sabah.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 4, 46 nömrəli müntəzəm və  H1 ekspres marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Avtobuslar Üzeyir Hacıbəyov küçəsi istiqamətində alternativ yollarla hərəkət edirlər.

Xəbər lenti