Bakıda yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib

XƏBƏR
13:50
16 Noyabr 2022
159

Bakıda yaşayış binasında yanğın başlayıb.

Bu barədə Sabah.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qaynar xəttə Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsində yaşayış binasındakı mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Binəqədidə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəbər lenti