Mərkəzi Nəbatat Bağı bu tarixdən bağlanır
Mərkəzi Nəbatat Bağına giriş bağlanır.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Mərkəzi Nəbatat Bağının müdiriyyətindən bildirilib.
Məlumata görə, parkın ərazisində abadlıq, yenidənqurma və tikinti işləri aparılacaq.
Bununla əlaqədar olaraq bura istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təminatı məqsədilə noyabrın 19-dan etibarən Mərkəzi Nəbatat Bağına ziyarətçilər üçün giriş bağlı olacaq.
Daha çox