Masallıda 19 yaşlı gənc intihara cəhd edib

XƏBƏR
11:59
16 Noyabr 2022
226

Masallıda intihara cəhd olub.

Sabah.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Şərəfə kəndində qeydə alınıb.

19 yaşlı Heydər Həsənov yaşadıqları evin həyətindəki yarımtikilidə özünü asmaq istəyib. Ancaq ailə üzvləri onu görüb və dərhal müdaxilə ediblər.

Nəticədə Heydərin həyatı xilas olunub. Onun hansı səbəbdən özünü öldürmək istəməsi isə hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti