Sürücülərin nəzərinə

XƏBƏR
15:40
15 Noyabr 2022
150

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 16 noyabr saat 08:00-dan etibarən qeyd olunan hissədə 150 metr məsafədə avtomobil yolunun bir hərəkət zolağı üzrə (digər 2 hərəkət zolağı açıqdır) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudlaşma tikinti işləri bitənədək qüvvədə olacaq:

“Bununla əlaqədar olaraq sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”.

Xəbər lenti