DMX-nin mətbuat katibi işdən çıxıb

XƏBƏR
14:35
14 Noyabr 2022
283

Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov vəzifəsindən ayrılıb.

Sabah.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.

E.Kələntərov bundan sonra fəaliyyətini “For Azerbaijan” Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri kimi davam etdirəcəyini bildirib.

Qeyd edək ki, E.Kələntərov 2020-ci ilin yanvar ayında qurumun İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub. O, daha əvvəl həmin idarənin rəis müavini vəzifəsində çalışıb.

Xəbər lenti