Kəlbəcərdə yük maşını aşdı, sürücü öldü

XƏBƏR
10:54
14 Noyabr 2022
371

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, hadisə noyabrın 14-də rayonun Yanşaq kəndində baş verib.

Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti