Azərbaycana qar yağacaq - Xəbərdarlıq

ÖLKƏ
14:30
12 Noyabr 2022
605

Hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a bildirilib ki, noyabrın 14-ü günün ikinci yarısından 15-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə noyabrın 14-ü gündüzdən 16-dək bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.

Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Xəbər lenti