Prezident tanınmış idmançıları da mükafatlandırdı

XƏBƏR
13:58
12 Noyabr 2022
251

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki,sənədə əsasən, Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər həmin fəxri diplomla təltif ediliblər:

İsayev Xəzər Ağali oğlu

Meftahəddinova Zemfira Əli qızı

Rəhimov Nazir Həzrətqulu oğlu

Şabanova Rəfiqə Mahmud qızı.

Qeyd edək ki, tanınmış güləşçi Xəzər İsayev Milli Olimpiya Komitəsinin vitse-prezidenti, atıcılıq üzrə Olimpiya çempionu Zemfira Meftahəddinova Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi, məşhur həndbolçu Rəfiqə Şabanova isə əməkdar bədən tərbiyəsi və idman ustasıdır.

Xəbər lenti