Ana və qızı dəm qazından zəhərləndi

XƏBƏR
10:50
12 Noyabr 2022
222

Zaqatalada ana və azyaşlı qızı dəm qazından zəhərlənib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gecə Zaqatala şəhər ərazisində baş verib.

Zaqatala rayon sakinləri, 1996-cı il təvəllüdlü Əhmədli Nuranə Nemət qızı və onun azyaşlı övladı 2015-ci il təvəllüdlü Həmidova Damla Hucay qızı  zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına  müraciət ediblər. Müayinə zamanı ana və azyaşlı övladının yaşadığı ünvanda qaz sobasından ayrılan dəm qazından zəhərləndiyi məlum olub. Həkim müdaxiləsindən sonra onların vəziyyəti stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti