Lev Leşenko koronavirusa yoluxdu
Rusiyanın Xalq artisti Lev Leşenkoda koronavirus aşkarlanıb.
Sabah.az xəbər verir ki, müğənni Moskvada Kommunarkadakı xəstəxanaya pnevmoniya diaqnozu ilə daxil olub. Xəstəxananın baş həkimi Denis Protsenko L.Leşenkoda koronavirusun aşkar edildiyini bildirib.
Müğənni xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti sabitdir.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların ümumi sayı 1 036 nəfərə çatıb. Bu günədək 45 nəfər virusdan sağalıb, 3 nəfər isə həyatını itirib.
Daha çox