Bakıda azyaşlı qardaşlar siçan dərmanını “jelibon” bilərək yeyib öldülər

ÖLKƏ
17:35
10 Noyabr 2022
372

Bakıda iki azyaşlı qardaş bədbəxt hadisə nəticəsində ölüb.

Sabah.az Manset.az-a istinadən xəbər verir ki, Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaş siçan dərmanı yeyərək zəhərlənib ölüblər.

Hadisə baş verən evin qonşuları bildiriblər ki, 5 yaşlı E.Ə. və 3 yaşlı O.Ə. səhvən siçan dərmanını “jelibon” bilərək yeyiblər.

Sonra hər iki qardaş qəfil yerə yıxılıblar və dünyasını dəyişiblər.

Qeyd olunur ki, ailənin onlardan başqa övladları yoxdur. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.

Xəbər lenti