Naxçıvanda qadın qətlə yetirildi

XƏBƏR
14:26
10 Noyabr 2022
205

Naxçıvan Muxtar Respublikasında qətl törədilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şərur rayonunun Kərimbəyli kəndində 1978-ci il təvəllüdlü Vüsalə Hüseynova bıçaqlanaraq öldürülüb.

İlkin araşdırmalardan sonra 44 yaşlı qadının qeyri-rəsmi nikah münasibətində yaşadığı Elnur Cəfərov tərəfindən qətlə yetirilməsi müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti