Rəşad Dağlı hadisə yerinə aparıldı - Video+Yenilənib

ÖLKƏ
12:31
10 Noyabr 2022
377

Rəşad Dağlı Qaradağ Rayon Prokurorluğuna gətirilib.

Sabah.az xəbər verir ki, o ötən gün törətdiyi qətllə bağlı istintaq orqanına aparılıb. Gün ərzində onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Qaradağ Rayon Məhkəməsinə təqdimat göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 9-da səhər saatlarında Rəşad Dağlı Lökbatan qəsəbəsində qonşusu İsgəndər Mehdiyevi bıçaqlayaraq öldürüb.

***

Rəşad Dağlı Qaradağ Rayon Prokurorluğundakı sənədləşmə işləri tamamlandıqdan sonra istintaq hərəkətləri ilə bağlı hadisə yerinə aparılıb.

Xəbər lenti