Bu gün boşanmaqla bağlı məhkəməsi var idi, intihar etdi

ÖLKƏ
09:54
10 Noyabr 2022
370

Gəncədə qadın həyatına qəsd edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. 32 yaşlı şəhər sakini B.Həsənova yaşadığı evin həyətində özünü asaraq intihar edib.

İlkin məlumata görə, bu gün mərhumun həyat yoldaşından boşanmaq üçün məhkəmə prosesi təyin olunubmuş. Onun bir müddətdir boşanmaq istəmədiyi üçün psixoloji gərginlik keçirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti