“Rəşadla aramız yaxşı olub” - Bıçaqlanan şəxsin qardaşı danışdı+Video
Xəbər verdiyimiz kimi, məşhur meyxanaçı Rəşad Dağlı İskəndər Mehdiyev adlı şəxsi bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Sabah.az xəbər verir ki, Baku TV-nin əməkdaşı hadisənin təfərrüatını araşdırmaq üçün İ.Mehdiyevin yaşadığı ünvana gedib.
İ.Mehdiyevin qardaşı hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini deyib:
“Qardaşım oktyabrın 26-da həbsdən çıxmışdı. Rəşadla aramız yaxşı olub. Səhər Rəşad gəlib İskəndəri qapıdan apardı. Sonra da eşitdik ki, belə hadisə baş verib. Hadisənin səbəblərini bilmirik. Subay idi. Anasının 40 mərasimini yenicə keçirmişdik”.
Daha çox