Rəşad özü polisə təslim olub - DİN

ÖLKƏ
10:39
9 Noyabr 2022
380

Xəbər verdiyimiz kimi, Rəşad Dağlı qonşusunu bıçaqlayaraq qətl hadisəsi törədib.

Sabah.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ ilə bağlı açıqlama verib.

“Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində gecə saatlarında qeydə alınıb. Hadisəni törədəndən sonra Rəşad Dağlı Yasamal rayonu Polis İdarəsinə gələrək təslim olub və qətli törətməsini etiraf edib. Hazırda qeydə alınan cinayət işi üzrə araşdırmalar davam etdirilir”, - Elşad Hacıyev bildirib.

Xəbər lenti