Çinə əcnəbilərin girişi məhdudlaşdırıldı

XƏBƏR
12:11
27 Mart 2020
100

Çin hökuməti yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq məqsədi ilə əcnəbilərin ölkəyə girişini müvəqqəti olaraq məhdudlaşdırıb.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Çində qəbul edilən bu qərarın əsas səbəbi, koronavirusa son yoluxma hallarının ölkəyə gələn əcnəbilərdə qeydə alınmasıdır. Martın 28-dən etibarən qüvvədə olacaq qərara görə, vizası və yaşayış icazəsi olan bütün əcnəbilərin Çinə girişinə icazə verilməyəcək.

Çin Xarici İşlər Nazirliyinin və Dövlət Miqrasiya Administrasiyasının birgə yaydığı məlumata görə, vacib iqtisadi-ticari, elmi, habelə təcili humanitar səbəblər üçün ölkəyə səfər etmək istəyənlər Çinin xaricdəki səfirlik və konsulluqlarına müraciət edə bilərlər.

Qeyd edək ki, Çində koronavirusa yoluxanların sayı 81 min 285 nəfər, bu virusdan ölənlərin sayı isə 3 287 nəfərdir. Həmçinin, ölkəyə xaricdən gələn 541 nəfərdə bu virusun olduğu müəyyən edilib.

Xəbər lenti