Tünzalə Ağayeva Zəfərimizə oxuduğu mahnını Ankarada təqdim etdi - Video

XƏBƏR
13:58
8 Noyabr 2022
227

Azərbaycanın Türkiyədəki səfirliyi və bu diplomatik nümayəndəliyimizin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşelik Aparatı 8 Noyabr - Zəfər Günü münasibətilə Ankarada bayram tədbiri keçirib.

Sabah.az xəbər verir ki, Quru Qoşunları Məktəbində keçirilən mərasimdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar, qardaş ölkə ictimaiyyətinin görkəmli nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

Tədbirdə həmçinin Xalq artisti Tünzalə Ağayeva da çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığına həsr etdiyi yeni layihəsini səsləndirib. Musiqisi Tünzalə Ağayevanın özünə məxsus olan “İki qardaş” adlı əsərin sözlərini Rəşad Məcid və türkiyəli yazar İmdat Avşar birlikdə yazıb.

Mahnı yaxın günlərdə klip şəklində təqdim olunacaq.

Xəbər lenti