“Təzə Pir” məscidinin rəisi vəfat etdi

XƏBƏR
10:50
8 Noyabr 2022
217

“Təzə Pir” məscid kompleksinin rəisi Hacı Hatəm Mirzəyev vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

H.Mirzəyev noyabrın 7-də 65 yaşında dünyasını dəyişib.

Mərhum bu gün dəfn ediləcək.

Qeyd edək ki, Hatəm Musa oğlu Mirzəyev 1957-ci ildə Bakıda dünyaya gəlib. O, 2010-cu ildən “Təzə Pir” məscid kompleksinin rəisi vəzifəsində çalışırdı.

Xəbər lenti