Bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb

XƏBƏR
09:45
7 Noyabr 2022
517

Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan bir qadın və bir kişi həlak olublar.

Onların meyitləri tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məlumata görə, qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi qız toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.

Xəbər lenti