Tovuzda ağır qəza - Ata öldü, oğlu yaralandı

ÖLKƏ
00:00
7 Noyabr 2022
50

Tovuzda minik maşını ilə mikroavtobus toqquşub, sərnişinlərdən biri ölüb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Belə ki, qəza zamanı axşam saatlarında iki nəfərin xəsarət alması, bir nəfərin dünyasını dəyişməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb:

“Araşdırmalar nəticəsində məlum olub ki, VAZ 2107 markalı avtomobil “Mercedes” markalı mikroavtobusla toqquşub, hadisə nəticəsində minik avtomobilində olan sərnişin, 1976-cı il təvəllüdlü Bayramlı kənd sakini Asif Alıyev dünyasını dəyişib, oğlu, 2001-ci il təvəllüdlü Mansur Alıyev və həmkəndlisi, 1981-ci il təvəllüdlü Bayram İsgəndərov müxtəlif bədən xəsarətləri alıb. Mikroavtobusda sərnişin olmayıb, sürücüsü xəsarət almayıb. Hadisə yerində nəqliyyatın hərəkəti bərpa olunub”.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti