Lənkəranda itkin düşən kişinin meyiti asılı vəziyyətdə tapılıb

XƏBƏR
16:15
5 Noyabr 2022
305

Lənkəranda dörd gündür itkin düşən şəxsin meyiti tapılıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər Lənkəran şəhəri Mirsalayev küçəsi 56 ünvanındakı evdə 1966-cı il təvəllüdlü Məmmədağa Əyar oğlu Əhmədovun meyiti asılı vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Yaxınları M.Əhmədovun dörd gündür itkin düşdüyünü bildiriblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti