“Tərtər” işi ilə bağlı 11 nəfərin işi yenidən Baş Prokurorluğa göndərildi - Yenilənib
Gəncə Hərbi Məhkəməsində “Tərtər işi” ilə bağlı təqsirli bilinən 11 nəfərin məhkəmə prosesi başlayıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə prosesi Gəncə Hərbi Məhkəməsinin sədri Vüqar Məmmədovun sədrliyi ilə keçirilir.
Daha öncə təqsirli bilinən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş tutub və işin Gəncə Hərbi Məhkəməsinə qaytarılmasna qərar verilib.
***
Gəncə Hərbi Məhkəməsində “Tərtər işi” ilə bağlı keçirilən məhkəmə prosesində təqsirləndirilən 11 nəfərin işi yenidən araşdırılması üçün Baş Prokurorluğa göndərilib.
Bu barədə Gəncə Hərbi Məhkəməsinin hakimi Vüqar Məmmədov qərar çıxarıb.
Daha çox