Venesuelada da koronavirusdan ilk ölüm qeydə alındı

XƏBƏR
09:22
27 Mart 2020
61

Venesuelada koronovirus diaqnozuyla ilk ölüm hadisəsi qeydə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin icraçı vitse-prezidenti Delsi Rodrigez Karakasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyasını dəyişən Araqua ştatının 47 yaşlı sakini olub.

Qeyd edək ki, Venesuelada martın 13-də COVID-19-a yoluxma halının qeydə alınmasının ardından Prezident Nikolas Maduro martın 17-də respublikanın bütün ərazisində karantin elan edib. Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 107 nəfərdir.

Xəbər lenti