“Tərtər işi” üzrə 11 nəfərin məhkumluğu götürüldü
“Tərtər işi” üzrə həbs edilmiş daha 11 nəfərin məhkumluğu götürülüb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə vəkil Rəsul Cəfərov məlumat verib.
O bildirib ki, bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda 11 nəfər barəsində Tərtər Hərbi Məhkəməsinin 2018-ci ildə çıxardığı hökm ləğv olunub. Qərara əsasən, həmin şəxslərin işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, sözügedən şəxslərlə bağlı ilk olaraq Tərtər Hərbi Məhkəməsi qərar çıxarmışdı. Lakin Gəncə Apellyasiya Məhkəməsi hesab edib ki, vaxtilə Tərtər Hərbi Məhkəməsi işə baxarkən ciddi prosessual pozuntulara yol verərək onlara 10-20 il aralığında azadlıqdan məhrumetmə cəzası verib. Buna görə də həmin şəxslərin işinə birinci instansiya kimi Gəncə Hərbi Məhkəməsi baxacaq.
Xatırladaq ki, məhkum edilmiş şəxslər Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunublar.
Daha çox