Cəbrayılda sürücü minaya düşdü - Yenilənib

ÖLKƏ
13:26
2 Noyabr 2022
450

Noyabrın 2-si Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat yayıb.

Mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxan 1972-ci il təvəllüdlü İlqar Əhmədov piyada əleyhinə minaya düşüb. Yaralı polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılıb və xəstəxanaya çatdırılıb.

Onun ərazidəki tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü kimi çalışdığı bildirilir.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti