DYP bu yollarla bağlı sürücülərə müraciət etdi

XƏBƏR
13:41
2 Noyabr 2022
222

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Binəqədi rayonunda “Baksol” yolu kimi tanınan küçənin təmiri ilə bağlı sürücülərə müraciət edib.

Sabah.az xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun “Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılacağını bildirib:

“Qeyd etmək istəyirəm ki, Binəqədi - “Baksol” yolundan Ziya Bünyadov prospektinə çıxış hissəsi avtomobillərin sıx hərəkət olduğu ərazidir. Sürücülər təmir işlərini nəzərə alınaraq, həmin ərazidə nəqliyyat vasitələrindən maksimum dərəcədə az istifadə etsinlər”.

Xəbər lenti