Anar Kərimov DTX-nin əməliyyatı zamanı işdə olmayıb

ÖLKƏ
10:30
2 Noyabr 2022
401

Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. 

Sabah.az “Unikal”a istinadən xəbər verir ki, həmin vaxt nazir Anar Kərimov iş yerində olmayıb. Lakin A.Kərimov DTX-nin əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib. O bildirib ki, nazir hazırda iş başındadır.

Xəbər lenti