Ordumuzun hərbçisi qazdan boğularaq öldü

ÖLKƏ
16:18
1 Noyabr 2022
378

Sumqayıtda dəm qazından boğulma faktı baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Saytın məlumatına görə, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.

Xəbər lenti