Azərbaycanın bu əraziləri silkələndi
İranda baş verən zəlzələ Azərbaycan ərazisində də hiss olunub.
Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən martın 26-da, yerli vaxtla saat 22:41-də İran ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Naxçıvan şəhərinin episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.
Zəlzələnin maqnitudası 3,3, dərinliyi 5 km olub.
Daha çox