Azərbaycanda 16 yaşlı qız ərə verilib - Yenilənib

XƏBƏR
14:33
31 Oktyabr 2022
249

Sabirabad rayonunda erkən nikah faktı aşkarlanıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı Məmmədova Aysel Hüseynağa qızı Zal Qarağac kənd sakini Cavadov Allahverdi Əvəzağa oğluna ərə verilib.

Toy şənliyi oktyabrın 22-də Şirvan şəhərindəki şadlıq sarayında baş tutub.

***

Sabirabad rayon Qarağac kəndinin icra nümayəndəliyi rayonda erkən nikah faktının aşkarlanması ilə bağlı məsələyə aydınlıq gətirib.

Məsələ ilə bağlı unikal.az-a Qarağac kəndinin icra nümayəndəsi Zaur Dəmirov danışıb:

“Biz həmin ailədə olduq. Ərə verilən qız 2005-ci il təvəllüdlüdür. Onun 17 yaşı tamam olub. Ailəsinin razılığı ilə ailə həyatı qurmasına icazə verilib. Oktyabr ayının 13-də bizim kənddə qız toyu olub. Oğlan toyu isə Şirvan şəhərində baş tutub”.

Xəbər lenti