Gəncədə qardaş qardaşı bıçaqladı

HADİSƏ
00:20
27 Mart 2020
39

Gəncədə bıçaqlanma hadisəsi olub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Adilxan Ziyadxan küçəsində qeydə alnıb.

1986-ci il təvəllüdlü Hüseynov Röyal Nürəddin oğlu kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, R.Hüseynovu qardaşı bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti